27 Aprel 2024
Parisdə suda koronavirus aşkarlandı
Parisdə suda koronavirus aşkarlandı

Parisdə suda koronavirus aşkarlandı

21 Aprel 2020
Baxış: 501

Fransanın paytaxtı Parisdə küçələrin yuyulmasında, həmçinin park və bağçaların sulanmasında istifadə edilən içməyə yararsız suda “koronavirus izləri” tapılıb.

“Report” “Euronews”ə istinadən xəbər verir ki, bunu paytaxtın səlahiyyətli nümayəndələri bildiriblər.

Məlumata görə, Parisdə 27 fərqli yerdən alınan nümunələr laboratoriyada incələnib. Sonda 27 nümunədən 4-də koronavirusun izləri aşkarlanıb.

Bununla bağlı şəhərin su idarəsi sözügedən mənbələrə su axınını dayandırıb, ancaq içməli suda riskin olmadığı vurğulanıb.

Qeyd olunub ki, Parisdə içməli su fərqli nöqtələrdən təmin edilir.

Teqlər: Paris