26 Aprel 2024
“Paris Sen-Jermen” klubunun rəhbərliyi Tiaqo Silva ilə müqavilənin müddətini uzatmayacaq

“Paris Sen-Jermen” klubunun rəhbərliyi Tiaqo Silva ilə müqavilənin müddətini uzatmayacaq

09 İyun 2020
Baxış: 485

Fransanın “Paris Sen-Jermen” klubu braziliyalı müdafiəçisi Tiaqo Silva ilə yeni müqavilə imzalamayacaq.

AJM xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Paris təmsilçisinin müqaviləni uzatmayacağı xəbərini futbolçuya klubun idman direktoru Leonardo bildirib. T.Silvanın hazırkı müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

“Paris Sen-Jermen” komandasında kapitan sarğısını daşıyan Tiaqo Silva 2012-ci ildə “Milan” klubundan transfer edilib. O, ötən səkkiz ildə altı dəfə Fransa çempionatının və Super Kubokunun, dörd dəfə isə ölkə kubokunun qalibi olub.

Braziliya millisinin heyətində 88 oyunda meydana çıxan futbolçu 7 qol vurub. Tiaqo Silva milli komanda ilə Konfederasiya Kubokunun (2013) və Amerika Kubokunun (2019) qalibi adını qazanıb.