04 İyul 2024
Pandemiyada yazılan cərimələr LƏĞV EDİLƏCƏK? - AÇIQLAMA

Pandemiyada yazılan cərimələr LƏĞV EDİLƏCƏK? - AÇIQLAMA

03 İyun 2024
Baxış: 313

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Bəs ölkəmizdə həmin dövrdə tətbiq edilmiş cərimələrin ləğvi mümkündürmü?

AJMEDİA.İNFO-nun məlumatına görə, millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirib ki, Azərbaycanda pandemiya ilə bağlı hansı cərimələr varsa, bu mütləq həllini tapmalıdır:

“Bu addım bəlkədə humanitar sahədə atılması ən vacib addımlardan biridir. Pandemiya dövründə həmin cərimələr elə bir şərtlər altında formalaşdı ki, insanlar həm müəyyən dərəcədə təcrübəsiz idilər, həm də qanunu bilmədiklərindən xətalara yol verirdilər. Hesab edirəm ki, Azərbaycanda da koronavirus pandemiyası zamanı yığılıb qalan cərimələrin silinməsi haqqında qərar qəbul olunmalıdır. Bu baş verərsə, insanların nigarançılığına son qoyula bilər”.

Fazil Mustafa onu da vurğulayıb ki, həmin cərimələr mənasız bir şey kimi qalıb. Millət vəkili hesab edir ki, pandemiya dövrü başa çatdığından bu istiqamətdə vəziyyəti uzatmağın adı yoxdur və məsələ həllini tapmalıdır.