26 Aprel 2024
Operativ Qərargah: Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq

Operativ Qərargah: Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq

22 May 2020
Baxış: 427

“Müəyyən qərarlar qəbul etmişik, növbəti həftələrdə açıqlanacaq”.

AJM-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq: “Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək”.