26 Aprel 2024
Nursultan Nazarbayev ölüb? - Qazaxıstanlı deputatdan AÇIQLAMA

Nursultan Nazarbayev ölüb? - Qazaxıstanlı deputatdan AÇIQLAMA

17 Yanvar 2022
Baxış: 480

LDPR lideri Vladimir Jirinovski dünən “Komsomolskaya Pravda” radiosunda bildirib ki, onun fikrincə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çoxdan dünyasını dəyişib. “Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb basdırılıb. Yəni sakitcə gizlən, heç nə demə və sağ ol? Bu istisnadır. Üstəlik, Dövlət Təhlükəsizlik Komitəsinin sədri dərhal həbs edilib”, – Jirinovski bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, “Govorit Moskva” radiostansiyasının müxbiri bu münasibətlə Qazaxıstan Parlamentinin deputatı, “Ak Yol” partiyasının sədri Azat Peruaşevə müraciət edib.

Deputat respublikada vəziyyətin sabitləşəcəyinə əminliyini ifadə etməklə yanaşı, bu məlumatı nə təsdiq, nə də təkzib edib: “Mənim bu məsələ ilə bağlı məlumatım yoxdur. Sizi əmin etməyə cəsarət edirəm ki, bizim cəmiyyətimiz, xalqımız bu problemin öhdəsindən gələcək, bu gün düşdüyümüz vəziyyətin öhdəsindən gələcək. Bizim rusiyalı dostlarımız və dırnaq içərisində olan dostlarımız, görünür, onlar da var, narahat olmamalıdılar. Hər şey yaxşı olacaq”.(Virtualaz.org)