26 Aprel 2024
Netanyahu getdi: Bakı-Təl-Əviv əlaqələrində yeni dönəm başlayır?

Netanyahu getdi: Bakı-Təl-Əviv əlaqələrində yeni dönəm başlayır?

14 İyun 2021
Baxış: 1189

İsrailin yeni Baş naziri Naftali Bennetin Azərbaycana qarşı keçmiş Baş nazir Benyamin Netanyahudan fərqli bir siyasət aparacağını düşünmürəm.

AJMEDİA.info xəbər verir ki, bu sözləri axar.az-a politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, rəsmi Bakı Təl-Əvivin strateji müttəfiqidir.

“Hətta məndə olan məlumata görə, “Evimiz İsrail” blokunun lideri Aviqdor Liberman da yeni hökumətdə yer alıb. Biliyiniz kimi, Liberman Azərbaycanın İsraildəki ən sadiq dostlarından sayılır. Düzdür, ermənilər də Libermanın yeni hökumətdə yer almasına sevinir, çünki o, həm də qondarma “erməni soyqırımı”nı dəstəkləyən bir şəxsdir. Lakin bu, nəticəni dəyişmir. İsrailin Azərbaycanla əməkdaşlığa sadiq qalacağını düşünürəm. Hazırda iqtisadi əlaqələr də inkişafdadır. İsrailin neftə olan ehtiyacının 40 faizini Azərbaycan təmin edir”.