26 Aprel 2024
Nazir polis rəisinə yüksək vəzifə verdi

Nazir polis rəisinə yüksək vəzifə verdi

15 Oktyabr 2021
Baxış: 576

Daxili işlər orqanlarında yeni təyinat olub.

AJMEDİA.İNFO-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrlə polis polkovnik-leytenantı Fazil Zərbəliyev Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.

F.Zərbəliyev bu təyinata qədər 39-cu Polis Bölməsinin rəisi idi.