26 Aprel 2024
Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası - Yüz milyonlarla dəyiri olan mallar rüsumsuz idxal edilirmiş

Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası - Yüz milyonlarla dəyiri olan mallar rüsumsuz idxal edilirmiş

26 Noyabr 2022
Baxış: 538

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.


Gununsesi.info xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.

Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

Saytın mənbəsinin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarldan 3000 manat rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.

Musavat.com