27 Aprel 2024
Münaqişə dövründə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Azərbaycana səfəri

Münaqişə dövründə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Azərbaycana səfəri

20 İyul 2021
Baxış: 974

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Azərbaycanda rəsmi səfərdə oldu. Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində Şarl Mişelin məqsədini aydınlaşdıraq. İkinci Qarabağ müharibəsindən sonra regional tərəfdaşlıq məsələləri, yaranan yeni reallıqlar fonunda Avropa İttifaqının regionda təsir gücünü saxlamaq istəyi, Ermənistana maliyyə yardımı ayırmaqla onun Rusiyadan siyasi asılılığını azaltmaq kimi məsələlər özünü göstərdi. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa strateji xarakter vermək istəyən Şarl Mişel Bakıda ehtiyatlı danışmağa üstünlük verib. Şarl Mişel Bakıda olarkən status məsələsinə toxunmadı. Mina xəritələtinin verilməsi,məhbusların qaytarılmasını təqdir etdi. Şarl Mişel öz fəaliyyəti dövründə heç bir iş görməyən ATƏT-in Minsk qrupunun oynadığı rola hörmət bəslədiyini deyib. ATƏT haqqında daha danışmayan Şarl Mişel Ermənistanda səfərdə olarkən Ermənistanın maraqlarına uyğun ifadələr işlətmişdi. Paşinyanla görüşü zamanı Qarabağda Şarl Mişelin status məsələsini qabartması əslində Cənubi Qafqazda sülhə təhdiddir. Görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan ürəklənərək avantürist məqsədlərini dilə gətirib. Qarabağda status olmasa sülhə getməyəcəyini bildirib.
Ermənistana səfəri zamanı, Avropa Komissiyası Şurasının prezidenti Şarl Mişel Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Azərbaycana isə 150 milyon avroluq yardım paketi ayrılması nəzərdə tutulur. Bu, o deməkdir ki, Avropa İttifaqı Ermənistanda Marşall planını tətbiq edir. Avropa İttifaqının və Qərbin əsas məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Şarl Mişel Belçika vətəndaşı olsa da milliyətcə fransızdır. Fransa Prezidenti Emmanuel Makronla ortaq siyasi ideyalara malikdir. Emmanuel Makron Avropa Şurası vasitəsilə ermənilərə dəstək verir. Emanuel Makronun Şarl Mişeli istiqamətləndirməsi onun Fransanın maraqlarına da xidmət edir. Şarl Mişel Bakıda cavab nitqində Ermənistanla müqayisədə Avropa İttifaqının Azərbaycana daha az maliyyə ayırmasını diplomatik cümlə ilə izah etməyə çalışdı: “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil”. Yəni Şarl Mişel bununla demək istədi ki, Azərbaycanla Avropa İttifaqı arasında digər əməkdaşlıq bağları vardır. Brüsselin Ermənistana vəd etdiyi 2.6 milyard dollarlıq paket hələki vəddir. Yardımdan nə qədər hissənin Ermənistana çatacağı, layihələrə nə qədər vəsaitin xərclənəcəyi sual doğurur. Misal olaraq demək olar ki, rəsmi Brüssel Ukraynaya da belə vədlər vermişdi. Bu vədlərin böyük hissəsi yerinə yetmədi. Ukrayna iqtisadiyyatı hələ də ağır günlərini yaşayır. Şarl Mişelin Ermənistana, Azərbaycana, Gürcüstana səfəri regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni inkişaf mərhəsinə qaldırmaqdır.
Avropa İttifaqı Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar fonunda Azərbaycanla daha çox, sistemli əlaqələri genişləndirməlidir.İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan regionda nüfuzu artan ölkədir. Dövlət başçsısı dəfələrlə “Dağlıq Qarabağ “ termininin artıq mövcud olmadığını bildirib.Avropa İttifaqı isə Qarabağda status məsələsini dilə gətirmək əvəzinə Zəngəzur dəhlizinin açılmağından danışmalı və buna dəstək verməlidir. Zəngəzur dəhlizinin açılmağı regionda olan bütün dövlətlərin maraqlarına uyğundur.


Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə