09 May 2024
“Mülki şəxslərin Qəzzaya qayıtması israilli girovlar azad edildikdən sonra mümkündür”

“Mülki şəxslərin Qəzzaya qayıtması israilli girovlar azad edildikdən sonra mümkündür”

27 Fevral 2024
Baxış: 390

“Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür”.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant əsir düşmüş hərbçilərin ailələri ilə görüşündə bildirib.
“Girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq üçün gecə-gündüz işləyirik. Bu danışıqların bir hissəsi kimi biz HƏMAS-a təzyiqi davam etdirməyə çalışırıq. Müdafiə strukturlarının mövqeyi aydın olacaq: Mülki əhalinin Qəzza zolağının şimalına tam qayıdışı yalnız bütün girovların qaytarılmasından sonra baş verəcək”, - nazir bildirib.