10 May 2024
Müəllimlərin işə qəbul imtahanlarının VAXTI AÇIQLANDI - RƏSMİ

Müəllimlərin işə qəbul imtahanlarının VAXTI AÇIQLANDI - RƏSMİ

16 Fevral 2022
Baxış: 461

“Bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.

O qeyd edib ki, imtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur:

“MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi”.