04 İyul 2024
Mourinyo "Fənərbağça"da nə qədər qazanacaq? - MƏBLƏĞ

Mourinyo "Fənərbağça"da nə qədər qazanacaq? - MƏBLƏĞ

03 İyun 2024
Baxış: 308

Növbəti mövsüm Super Liqada çempionluğu hədəfləyən "Fənərbağça" dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə müqavilə imzalayıb. İstanbul təmsilçisi Joze Mourinyon üçün türk futbol tarixinə düşən möhtəşəm imza mərasimi keçirib.

Hazırda futbolsevərləri maraqlandıran bir məqam isə Joze Mourinyonun illik alacağı maaşının miqdarıdır. Təcrübəli məşqçinin məvacibi ilə bağlı iddialar irəli sürülüb.

AJMEDİA.İNFO baku.ws-ə istinadən bildirir ki, Mourinyo "Fənər"də işlədiyi müddətdə ildə 10 milyon avro qazanacaq.

Portuqaliyalı məşqçinin köməkçilərinə ümumilikdə təxminən 2 milyon avro ödəniləcək.