30 Aprel 2024
Milli Təhlükəsizlik Şurası Türkiyədəki israilliləri kamuflyaj tədbirləri görməyə çağırdı

Milli Təhlükəsizlik Şurası Türkiyədəki israilliləri kamuflyaj tədbirləri görməyə çağırdı

17 İyun 2022
Baxış: 365

Milli Təhlükəsizlik Şurası ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq Türkiyədə olan israillilərə göstəriş verib.

AJMEDİA.İNFO xəbər veri ki, bu xüsusilə mümkün terror aktları baxımından ən təhlükəli yer sayılan İstanbulda olanlar üçündür.

Odur ki, onlara qaldıqları müddət ərzində İsraildəki qohumları ilə əlaqə saxlamaq, onlara hansı oteldə qaldıqlarını, Türkiyə ətrafında planlaşdırılan marşrutları söyləmək tövsiyə olunur.

İsrail simvolları olan paltar və digər əşyalar geyinməməli, israillilərin istirahət məkanı kimi tanınan restoran və əyləncə məkanlarına getməmələri bildirilir.

Sosial şəbəkələrdə səyahətinizlə bağlı yazmamaq, fotoşəkillər dərc etməmək. Həmişə otelin qapısını bağlamaq və yad adamların üzünə açmamaq. Bir təmizlikçi xanım və bir otel işçisi sizə gəldisə, administrasiyaya zəng edib, bunların rəsmi işçilər olduğunu soruşmaq.

Hər hansı bir hadisə və ya şübhə yarandıqda, İsraildəki qaynar xəttə +972-25303155 müraciət edə bilərsiniz.

İranın sui-qəsd qrupu tutulana qədər belə tədbirlər lazım olduğu bildirilir.