12 May 2024
Məşhur astroloqdan jurnalistlərə ÇAĞIRIŞ: “Siyasətçiləri ifşa edin!”

Məşhur astroloqdan jurnalistlərə ÇAĞIRIŞ: “Siyasətçiləri ifşa edin!”

25 Avqust 2021
Baxış: 768

Siyasətçilər prosesləri izləməklə siyasi proqnozlar verirlər. Amma astroloqlar da ara-sıra siyasi gələcəyə dair açıqlamalar verir. Bu zaman birincilər ikincilərin, yaxud ikincilər birincilərin “bazarına” girmirmi?

“Proqnostika deyilən bir sahə var və bütün peşə sahiblərinin həmin sahə ilə bağlı vərdişi olmalıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Yenisabah.az-a hər il müxtəlif siyasi proqnozlar verən astroloq Səbuhi Rəhimli bildirib.

“Siyasətçilərin işi hər zaman siyasi proseslərin gedişinə əsasən proqnoz verməkdir. Məsələn, Amerikadan bir senator gəlib Putinlə danışırsa, Putin də Çinə zəng vurursa, deməli, onlar Çini müzakirə ediblər. Bu hadisəni analitik qabiliyyəti olan insanlar da analiz edə bilər. Bu müşahidə proqnozudur. Amma analitik proqnoztika başqa şeydir və əksərən düz çıxır. Məgər Pentaqon və ya Kreml proqnozlarını astrologiya əsasında hazırlayır? Xeyr!”

Səbuhi Rəhimli davam edib: “Astroloqlar 2014-cü ildən deyirdilər ki, Qarabağ yaxınlığında bir dəfə hərbi təlim olacaq, sonra müharibə başlayacaq və Azərbaycan qalib gələcək. Mən də dəfələrlə demişəm ki, Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Elə də oldu”.

“İndi aktual mövzu “Taliban”dır. Siyasətçilər bir müddət öncə bildirmişdilər ki, “Taliban” müəyyən zamanda yenidən aktivliyini bərpa edəcək. Bu cür proqnozların reallaşması təbiidir.Amma gündəmə gəlmək üçün saxta proqnozları ilə tanınlar da var. Həmin insanları yavaş-yavaş “yox etmək” isə jurnalistlərin işidir. Belə izah edim, jurnalistlər proqnoz verən bütün siyasətçilərin açıqlamalarını toplasınlar. İlin sonunda isə elan etsinlər ki, nə qədər proqnozlar doğru çıxıb. Sonra isə heç olmazsa 20 proqnozundan biri düz çıxan siyasətçiləri önə çıxarmasınlar, əksinə, ifşa etsinlər. Bu durumda siyasətbazlar yavaş-yavaş yoxa çıxacaq”, - deyə astroloq “rəqiblərini bazardan sıxışdırmağın” yolunu göstərdi.

O, dünyanı cənginə almış koronavirusla bağlı da proqnoz verib:

“COVID-19 insan icadıdır, o, idarə olunan virus olduğuna görə, nə vaxt istənilsə, o vaxt da aradan qaldıracaq. Koronavirusun aqibətini proqnozlaşdırmaq mümkün deyil”.