26 Aprel 2024
Mənzillərin satışından əldə olunan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi açıqlandı

Mənzillərin satışından əldə olunan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi açıqlandı

16 Dekabr 2021
Baxış: 625

Keçmiş məcburi köçkünlər üçün Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş binalarda imtiyazlı şəxslər mənzillə təmin edildikdən sonra istifadəsiz qalan mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fərmanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.

Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.

Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.