11 May 2024
Məhkəmə arvadını güllələyən polislə bağlı QƏRAR VERDİ

Məhkəmə arvadını güllələyən polislə bağlı QƏRAR VERDİ

02 Oktyabr 2021
Baxış: 3696

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nizami rayon məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

İsmayıl Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.