08 May 2024
Mark Zukerberqdən “Facebook”, “Whatsapp” və “Instagram”la bağlı ŞOK ADDIM

Mark Zukerberqdən “Facebook”, “Whatsapp” və “Instagram”la bağlı ŞOK ADDIM

07 Noyabr 2022
Baxış: 368

Texnologiya sənayesini sarsıdacaq daha bir xəbər yayılıb.

AJMEDİA.İNFO bildirir ki, “Twitter”in alınmasından sonra 7500 əməkdaşının təxminən yarısının işdən çıxarılması ilə bağlı müzakirələr davam edərkən “Facebook”, “Whatsapp” və “Instagram” kimi platformaları özündə birləşdirən “Meta”nın da oxşar addımı atmağa hazırlaşdığı ortaya çıxıb.

“Wall Street Journal” qəzeti bu vəziyyətin minlərlə insana təsir edəcəyini yazıb. “Meta” isə xəbəri təsdiqləməkdən imtina edib.

Digər tərəfdən şirkətin baş direktoru Mark Zukerberqin keçən ayın sonunda verdiyi açıqlama yenidən gündəm olub.

“2023-cü ildə biz sərmayələrimizi yüksək prioritet sahələrə yönəldəcəyik. Bu, o deməkdir ki, bəzi komandalar böyüyəcək, digər komandaların əksəriyyəti isə gələn il ya sabit qalacaq, ya da kiçiləcək”, deyə Mark bildirib.

Məlumata görə, 87 min işçisi olan şirkət çalışanlarına vacib olmayan səyahətlərini ləğv etməyi tapşırıb. Qeyd olunub ki, iddialar doğru olarsa, bu, şirkətin 18 illik tarixində ilk genişmiqyaslı kütləvi ixtisarlar olacaq.

Qeyd edək ki, “Meta” şirkəti son üç ayda 3,7 milyard dollar itirdiyini etiraf edib. “Facebook” səhmləri keçən həftə 23% dəyər itirib, şirkətin bazar dəyəri isə 270 milyard dollara düşüb. Bir il əvvəl şirkətin sərvəti 1 trilyon dollardan çox idi.(sfera.az)