11 May 2024
Makkabi Təl-Əviv Ermənistan klubunu DARMADAĞIN ETDİ - VİDEO

Makkabi Təl-Əviv Ermənistan klubunu DARMADAĞIN ETDİ - VİDEO

16 Sentyabr 2021
Baxış: 607

UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

AJMEDİA.İNFO xəbər verir ki, A qrupunda Təl-Əviv “Makkabi”si Ermənistanın “Alaşkert” klubunu darmadağın edib – 4:1. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Stipe Peritsa, 32-ci dəqiqədə Qabi Kanixovski, 45+3-cü dəqiqədə Dani Biton və 72-ci dəqiqədə Matan Hozez fərqləniblər. Qonaqların yeganə qolunu isə 17-ci dəqiqədə Joze Embalo vurub.

Turnirin pley-off mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Hayfa “Makkabi”si isə Niderlandın “Feyenoord” komandası isə qolsuz heç-heçə edib.