26 Aprel 2024
Lionel Messinin maaşı İspaniya hökumətini şoka saldı

Lionel Messinin maaşı İspaniya hökumətini şoka saldı

07 Fevral 2021
Baxış: 2121

İspaniya Mədəniyyət və İdman naziri Jose Manuel Rodriguez Uribes, "Barselona" nın hücumçusu Lionel Messinın maaşı ilə bağlı məlumatlara münasibət bildirib. Bu barədə BeSoccer xəbər verir.

Uribes, həddən artıq məbləğlərin İspaniya hökumətini şoka saldığını söyləyib. O, rəsmi oyunçuların maaşlarını azaltmaları lazım olduğunu qeyd edib. Ancaq kapitalist cəmiyyətin öz qaydalarını diktə etdiyini də sözlərinə əlavə edib. "İnsanların çətin anları yaşadığını nəzərə almalıyıq. Alimlərin futbolçu kimi pul qazanması barədə düşünməliyik" deyə bildirib.

Xatırladaq ki, 31 yanvarda El Mundo Messinin müqaviləsi ilə bağlı məlumat yayımlamışdir. Demək olar ki, 556 milyon avro. Müqavilədə sadiqlik mükafatı olaraq 39 milyon avro ödəmə də yer alır.