26 Aprel 2024
Laçında ələ keçən erməni hərbçi mina basdırmaq üçün gəlməyibmiş - RƏSMİ

Laçında ələ keçən erməni hərbçi mina basdırmaq üçün gəlməyibmiş - RƏSMİ

09 İyun 2021
Baxış: 562

“Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb”.

AJMEDİA.info bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.