27 Aprel 2024
La Liqada mövsümün başlama və başa çatma vaxtı bilinib

La Liqada mövsümün başlama və başa çatma vaxtı bilinib

04 Avqust 2020
Baxış: 1247

İspaniya La Liqasında yeni mövsümün vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü sentyabrın 12-də start götürəcək.

Bu, öncədən planlaşdırılan tarixdən təxminən bir ay gecdir. Öncədən yarışın avqustun 8-də başlaması nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası buna mane olub.

La Liqada yeni mövsüm 2021-ci il mayın 23-də başa çatacaq.

Teqlər: La Liqada