30 Aprel 2024
Kürdəmirdə qayda pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib

Kürdəmirdə qayda pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib

14 Sentyabr 2021
Baxış: 635

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AJMEDİA.İNFO-yaverilən məlumata görə, rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Keçirilən tədbirlər zamanı rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə profilaktik söhbətlər aparılıb, kobud qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.