27 Aprel 2024
Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Kremldən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

28 Mart 2022
Baxış: 534

Kreml Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranan vəziyyətə münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların icra edilməsini təmin etməyin vacib olduğunu söyləyib.

O, regionda artan gərginlik fonunda əlavə sülhməramlılar kontingentinin göndərilməsinin mümkünlüyü ilə bağlı sualı da cavablandırıb:

"Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar və təbii ki, indi əsas odur ki, bütün tərəflərin müvafiq razılaşmaların şərtlərinə əməl etmələrini davam etdirmək təmin olunsun”. Bizim.Media