11 May 2024
Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü

Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü

17 Mart 2024
Baxış: 412

Martın 13-ü Kəlbəcər rayonunda qəzada yaralanan şəxs Bakıda xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

O, ötən gün müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Teqlər: Kəlbəcər