11 May 2024
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

25 Sentyabr 2023
Baxış: 489

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.