27 Aprel 2024
Jirinovski Əliyevə məktub göndərəcək: Ruslara "donuz" deyən sabiq səfirdən ŞİKAYƏT EDƏCƏK

Jirinovski Əliyevə məktub göndərəcək: Ruslara "donuz" deyən sabiq səfirdən ŞİKAYƏT EDƏCƏK

11 Avqust 2021
Baxış: 792

RLDP lideri Vladimir Jirinovski rusiyalıları təhqir etmiş azərbaycanlı diplomata cavab verib.

AJMEDİA.İNFO xəbər verir ki, Jirinovski “sözlərini təkcə özünə deyil, bütün ruslar üçün təhqiramiz saydığı” azərbaycanlı diplomata qarşı cinayət işinin başlanması tələbi ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərəcəyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin Jirinovski və “rus milləti”nə təhqir yağdırdığı, “donuzlar”, “eşşək” və s. ifadələrini işlətdiyi bir video ortaya çıxıb.

“Dövlət başçısına dərhal cinayət işi açılması tələbi ilə bir məktub göndərəcəyik. Çünki bunların hamısı təhqirdir… Bu dəhşətdir, bu orta əsrlərdir. Hətta xalq arasında beləsi yoxdur, amma bu adam professordur”, – deyə Jirinovski qeyd edib.

O bu açıqlamanı “SolovyovLive” “YouTube” kanalında deyib. “Əliyev bunu istəmir, ara sıra başqaları tərəfindən bu sayaq sözlər dilə gətirilir”.

Təhqirləri Vahabzadənin etməsindən də çaşqınlıq ifadə edən Jirinovski “bunun sovet hakimiyyəti illərində toplanmış nifrət olduğu” iddiasını irəli sürüb.

RLDP lideri deyib: “O, bədbəxt bir adamdır və Rusiyanı günahkar sayır”.

Jirinovskinin fikrincə, Rusiyaya və keçmiş SSRİ ölkələrinə qarşı bir proses var və Antirusiya layihəsinin Orta Asiyada genişləndirilməsi planlaşdırılır.(yenisabah.az)