26 Aprel 2024
İtaliyalı senator Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətini təqdir edib

İtaliyalı senator Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətini təqdir edib

30 Avqust 2021
Baxış: 3034

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu Azərbaycan sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi fəaliyyəti təqdir edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Urania Papatheu yerli mətbuata açıqlamasında bildirib ki, bu məsələdə böyük yetkinlik nümayiş etdirən Azərbaycan həmişə olduğu kimi İtaliya və Avropa İttifaqı (Aİ) ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu nümayiş etdirib.

“Azərbaycanın Kabil hava limanında təhlükəsizliyə töhfə verdiyi vaxtda Ermənistan parlamentində əlbəyaxa davanın şahidi olduq”, - deyə senator vurğulayıb.

Teqlər: