26 Aprel 2024
İstanbulda Türkiyə Prezidenti ilə Həmas Siyasi Bürosunun rəhbəri arasında görüş keçirilib

İstanbulda Türkiyə Prezidenti ilə Həmas Siyasi Bürosunun rəhbəri arasında görüş keçirilib

23 Avqust 2020
Baxış: 1407

Şənbə günü, 22 avqustda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniya ilə görüşüb. Bu barədə SAFA məlumat yayıb.

Görüşdə Həmas Siyasi Büro rəhbərinin müavini Salah əl-Aruri və Türkiyə xüsusi xidmət orqanlarının rəhbəri Hakan Fidan da iştirak edib. Görüşün təfərrüatları nə Türkiyə, nə də Fələstin tərəfindən açıqlanmayıb.

Teqlər: Həmas