26 Aprel 2024
İsrailin XİN başçısı açıq-aşkar hədələdi: “Bu, İranın son şansıdır, əks halda...”

İsrailin XİN başçısı açıq-aşkar hədələdi: “Bu, İranın son şansıdır, əks halda...”

30 Noyabr 2021
Baxış: 626

İsrail Xarici işlər naziri Yair Lapid britaniyalı həmkarı Liz Truss ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Lapid Trusla birgə mətbuat konfransında İranın nüvə danışıqlarında sırf maliyyə mənbələrinə çıxış əldə etmək istədiyi üçün iştirak etdiyini iddia edib.

“Bu, onların keçmişdə etdikləri şeydir, indi də bunu etmək istəyirlər. Kəşfiyyat buna heç bir şübhə yeri qoymur. Dünya bunun qarşısını almalıdır və ala bilər: daha sərt sanksiyalar, daha sərt nəzarətlə”, - Lapid deyib.

Liz Truss da öz növbəsində bildirib ki, Böyük Britaniya İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda tamamilə qərarlıdır:

“Məncə, bu danışıqlar iranlıların masa başına gəlib nüvə anlaşmasını qəbul etmələri üçün son şansdır. Əks halda, bütün variantları nəzərdən keçirəcəyik”.(teleqraf.az)