11 May 2024
İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

18 Mart 2024
Baxış: 361

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb.

Bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

“Bu həftə qüvvələr “Yahalom” bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalında yerləşən ən uzun yeraltı tunelin bir hissəsini məhv ediblər”, - məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, tunelin uzunluğu 2,5 km-i keçib. Fələstin anklavının şimalı ilə cənubunu bir yeraltı yol birləşdirib.//Report