26 Aprel 2024
İsrailin Baş Naziri bu ərəb ölkəsinin kralı ilə gizli görüşüb - İDDİA

İsrailin Baş Naziri bu ərəb ölkəsinin kralı ilə gizli görüşüb - İDDİA

09 İyul 2021
Baxış: 525

İsrail Baş naziri Naftali Bennett və İordaniya Kralı II Abdullahın Əmmanda gizli görüş keçirdiyi iddia olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə "Valla" qəzeti çıxış edib.

Qəzet görüşün ötən həftə baş tutduğunu və tərəflər arasında görüşün çox müsbət atmosferdə keçdiyini bildirib. Liderlərin iki ölkə arasında yeni səhifə açmaqda razılaşdığı vurğulanıb.

Görüş zamanı İordaniyadakı su böhranı və İsraildən mümkün yardımların da müzakirə olunduğu qeyd olunub.