09 May 2024
İsrailin Bakıdakı Səfirliyində təhlükəsizliklə bağlı təlim keçirildi - FOTOLAR

İsrailin Bakıdakı Səfirliyində təhlükəsizliklə bağlı təlim keçirildi - FOTOLAR

28 Fevral 2024
Baxış: 296

Fevralın 18-də İsrailin Bakıdakı Səfirliyi Azərbaycan Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı Səfirliyi öz “X” hesabında paylaşıb.

“Təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir”, - deyə qeyd olunub.

Paylaşımda, həmçinin İsrailin Bakıdakı səfiri Corc Dikin açıqlaması da yer alıb: “Biz Səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail Səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”.