11 May 2024
İsrailin ABŞ-dakı səfiri İSTEFA VERDİ - SƏBƏB

İsrailin ABŞ-dakı səfiri İSTEFA VERDİ - SƏBƏB

28 İyun 2021
Baxış: 926

İsrailin ABŞ-dakı səfiri Qilad Erdan istefa verdiyini açıqlayıb.


AJMEDİA.İNFO xəbər verir ki, səfir bu barədə öz tviter hesabında məlumat yayıb.

O, səfir vəzifəsindən ayrılsa da İsrailin BMT-dəki daimi nümayəndəsi olaraq çalışmağa davam edəcəyini qeyd edib:


"Baş nazir Naftali Bennettlə danışdım və istefamı qəbul etməsini xahiş etdim. İsrailin ən yaxın müttəfiqimiz olan ölkədə təmsil etməkdən şərəf duyuram. Bu və ya digər şəkildə, İsraili BMT-də təmsil etməyə və dünyada ədalət uğrunda mübarizə aparmağa davam edəcəyəm”.


Qilad Erdan bildirib ki, yeni təyin ediləcək səfir Bennet hökuməti ilə daha uyğun şəkildə fəaliyyət aparacaq.