10 May 2024
İsraildə karantin tədbirləri yenidən SƏRTLƏŞDİRİLDİ

İsraildə karantin tədbirləri yenidən SƏRTLƏŞDİRİLDİ

09 Avqust 2021
Baxış: 581

İsraildə koronavirusa yoluxmaların artması səbəbindən karantin tədbirləri yenidən sərtləşdirilib.

AJMEDİA.İNFO bildirir ki, İsraildə bu gündən etibarən qapalı və ya açıq məkanlarda keçirilən tədbirlərə giriş üçün “yaşıl keçid sistemi”nin tətbiqinə başlanılıb.

Yeni sistemə əsasən, tədbirlərə qatılmaq istəyənlərin vaksin sertifikatı, COVID-19-dan sağaldığını göstərən sənəd və ya son 72 saat ərzində verilmiş mənfi nəticəli PCR testinin cavabı tələb olunur.

Bundan başqa, açıq və ya qapalı məkanlarda 100 nəfərdən çox şəxsin qatıldığı tədbirlərdə maska taxmaq məcburidir.

Nazirliklər isə əməkdaşların 50 faizi ilə işə davam edəcəklər.