10 May 2024
İsraildə aktiv koronavirus xəstələrinin sayı 31 mini ötdü

İsraildə aktiv koronavirus xəstələrinin sayı 31 mini ötdü

08 Avqust 2021
Baxış: 729

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 221 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 897 326 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölənlərin ümumi sayı 6 535 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 859 055 nəfəri sağalıb, aktiv xəstələrin sayı 31 736 nəfərə qədər artıb. (Publika.az)