26 Aprel 2024
İsrail şirkətləri Qarabağın bərpasında İŞTİRAK ETMƏK İSTƏYİR

İsrail şirkətləri Qarabağın bərpasında İŞTİRAK ETMƏK İSTƏYİR

04 Avqust 2021
Baxış: 673

İsrail şirkətləri Qarabağda işğaldan azad edilmiş rayonların bərpasında iştirak etməyə maraqlıdırlar.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Rüfət Atakişiyev İsrail şirkətləri ilə birgə dəyirmi masada aparılan müzakirələrdən danışarkən deyib.

“İsrail şirkətləri kiber təhlükəsizlik, gübrə istehsalında, birgə müəssisələrin yaradılmasında, dövlət layihələrində iştirak etməkdə, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə iştirak etməkdə maraqlıdırlar. İsrail şirkətləri xüsusilə ağıllı şəhər, ağıllı kənd konsepsiyalarında innovativ texnologiyalar əsasında bir sıra həlləri təklif edən təqdimatlarla da çıxış etdilər”, - sədr müavini bildirib.