26 Aprel 2024
İsrail Qəzzada Əmək Nazirliyinin binasına ZƏRBƏ ENDİRDİ

İsrail Qəzzada Əmək Nazirliyinin binasına ZƏRBƏ ENDİRDİ

17 May 2021
Baxış: 723

İsrail Hava Qüvvələrinin zərbəsi nəticəsində Qəzza Zolağı Əmək Nazirliyinin binası dağıdılıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin mətbuat xidmətinin rəhbəri Salama Maaruf açıqlama verib.

“İsrail qırıcıları bu gün səhər Qəzza şəhərinin mərkəzində yerləşən Əmək və Sosial İnkişaf Nazirliklərinə zərbə endirib. Zərbə nəticəsində Əmək Nazirliyinin binası tamamilə dağılıb, Sosial İnkişaf Nazirliyinin binası, həm anbarları, həm də ona bitişik binalar ciddi ziyan görüb”,- deyə Maaruf qeyd edib.