12 May 2024
İsrail ordusu Xan Yunisdə radikalların 30 hədəfinə ZƏRBƏ ENDİRDİ

İsrail ordusu Xan Yunisdə radikalların 30 hədəfinə ZƏRBƏ ENDİRDİ

08 Yanvar 2024
Baxış: 310

İsrail hərbçiləri gecə ərzində Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 30 radikal hədəfə zərbələr endiriblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

“SAXAL qoşunları və hava qüvvələri gecə ərzində Xan Yunisdə yeraltı hədəflər, terrorçuların infrastrukturu və silah anbarları da daxil olmaqla 30 mühüm terrorçu hədəfə zərbələr endirib. Bu zərbələr ərazidə əməliyyat fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradacaq", - deyə məlumatda bildirilir.

Bundan əlavə, SAXAL Xan Yunisdə İsrailə raket atmağa hazırlaşan 10 terrorçunu məhv edib.

Mənbə: TASS