09 May 2024
İsrail ordusu Livan ərazisinə zərbələr endirdi

İsrail ordusu Livan ərazisinə zərbələr endirdi

11 Mart 2024
Baxış: 328

Livandan Hermon dağı istiqamətində 30-ya yaxın mərmi atılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Bildirilib ki, Livan ərazisindəki atəş mənbələrinə cavab zərbələri endirilib.

İsrail tərəfində itkilər yoxdur.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Raşaya əl-Fuxar və Kunin kəndi istiqamətlərində də atəş nöqtələrinə zərbələr endirib.