26 Aprel 2024
İsrail Livan istiqamətindən Suriyaya ZƏRBƏ ENDİRDİ

İsrail Livan istiqamətindən Suriyaya ZƏRBƏ ENDİRDİ

09 İyun 2021
Baxış: 565

İsrail Dəməşqə növbəti dəfə hava zərbələri endirib.

AJMEDİA.info xəbər verir ki, bu barədə Suriyanın SANA-rəsmi xəbər agentliyi məlumat yayıb.

Dəməşqdə güclü partlayışların eşidildiyini iddia edən agentlik bildirib ki, hava hücumundan müdafiə sistemləri paytaxtı müdafiə edib.

Suriyanın El-İhbariye Es Suriya kanalı da İsrailin Livan hava sahəsi istiqamətində Həmasa zərbələr endirildiyini açıqlayıb.

Ancaq məsələyə dair İsraildən hər hansı bir açıqlama olmayıb.

Qeyd edək ki, Dəməşq və Həmasda Suriya rejim ordusu ilə yanaşı, İran İnqilab Keşikçiləri Korpusuna tabe olan əcnəbi qüvvələrə aid hərbi nöqtələr yerləşir.