27 Aprel 2024
İsrail kibertəhdidlərə qarşı HƏRƏKƏTƏ KEÇDİ -  QLOBAL KİBERQALXAN HAZIRLAYIR

İsrail kibertəhdidlərə qarşı HƏRƏKƏTƏ KEÇDİ - QLOBAL KİBERQALXAN HAZIRLAYIR

21 İyul 2021
Baxış: 595

“İsrail internetdəki kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlamağa başlayıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu bu gün Təl-Əviv Universitetində keçirilən “Cyber Week” konfransında İsrailin baş naziri Naftali Bennet səsləndirib.

Onun sözlərinə görə, söhbət qlobal şəbəkənin real vaxtda onlayn qorunmasından gedir: “Bu baxımdan təşəbbüs çərçivəsində dünyadakı həmfikir ölkələrin tərəfdaş hökumətləri kibertəhlükəsizlik sahəsindəki təhdidləri ortaq şəkildə müəyyən edəcəklər, həmçinin kiberhücumların qarşısını almaq və onları araşdırmaq, kibertəhdidlərə qarşı “peyvənd” yaratmaq üçün həll yolları hazırlayacaqlar. Tək mübarizə aparmağa çalışsan, uduzacaqsan. Birlikdə mübarizə aparsaq, qazanacağıq”.

“Bütün yaxşı dövlətləri kibertəhdidlərə qarşı mübarizədə qüvvələri birləşdirməyə dəvət edirik”, - İsrailin Baş naziri bildirib.