11 May 2024
İsrail İranın konsulluq binasını yerlə bir etdi: SON GƏLİŞMƏLƏR

İsrail İranın konsulluq binasını yerlə bir etdi: SON GƏLİŞMƏLƏR

02 Aprel 2024
Baxış: 454

İsrailin hava zərbələri nəticəsində Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hücum nəticəsində 5-7 nəfər ölüb. Qeyd olunub ki dəqiq rəqəmlər daha sonra açıqlanacaq.

Səfir Hüseyn Əkbəri səfirlikdəki iş yerində olarkən binaya F-35 döyüş təyyarələri və 6 raketlə hücum edildiyini bildirib.

İranlı diplomat digər həmçinin israili hədələyib. O qeyd edib ki, İsrailin Dəməşqdəki konsulluğumuza hücumlarına İranın reaksiyası sərt olacaq.

"Son altı ayda Fələstin xalqına qarşı törədilən bütün bu cinayətlərdən sonra bu gün onlar İrana qarşı bu cinayəti törətdilər. Bir neçə iranlı binada olub və şəhid olublar. Bu hərəkətdən sonra bizim qəti cavabımız olacaq. Dağıntıların axtarılması hələ tamamlanmayıb və 5-7 nəfər ölüb. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq. Həmçinin iki polis əməkdaşı həlak olub. Sionist düşmən heç bir beynəlxalq normalara hörmət etmir", - Səfir Hüseyn Əkbəri qeyd edib.