10 May 2024
İsrail HHQ-nin ehtiyatda olan hərbçiləri orduya çağırılır

İsrail HHQ-nin ehtiyatda olan hərbçiləri orduya çağırılır

08 Aprel 2023
Baxış: 385

İsrail Müdafiə Qüvvələri regionda yaranmış gərginlik fonunda Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçilərini orduya çağırır.

APA "Jerusalem Post"a istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi son vəziyyətin qiymətləndirilməsi ilə bağlı iclas keçirib.

Baş Qərargah rəisi bölgədəki gərginlik fonunda Hava Qüvvələrində hava hücumundan müdafiə və hücum birləşmələrinə diqqət yetirməklə ehtiyatda olan hərbçilərin çağırılması barədə göstəriş verib.

Teqlər: İsrail