27 Aprel 2024
İsrail Azərbaycana yeni texnologiya verəcək - Nümayəndələr sabah Bakıda olacaqlar

İsrail Azərbaycana yeni texnologiya verəcək - Nümayəndələr sabah Bakıda olacaqlar

16 May 2022
Baxış: 806

Sabah İsrail Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycana səfər edəcəklər.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Israel Hayom” nəşrinə istinadən xəbər verir.

Nəşr bildirir ki, İsrail nümayəndə heyəti taxıl yetişdirilməsi, suvarma və süd məhsullarının istehsalı üzrə təcrübəsi ilə bölüşəcək. Uzun müddət ərzində İsrailin Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanla əməkdaşlığa ümid edir.

İsrailin məqsədi Azərbaycanı təkcə taxıl idxalından asılılığını aradan qaldırılması deyil, həm də ixrac edə bilmək üçün İsrail ölkəyə taxıl yetişdirmək üçün texnologiya verəcək ki, iki-üç ildən sonra bu məhsulu yenidən İsrailə ixrac edə bilsin. İsrail az miqdarda buğda yetişdirsə də, xüsusilə çətin iqlim şəraitində prosedurlar haqqında geniş biliyə malikdir.

İsrail nümayəndə heyətinin bəzi üzvləri təqdimatda, digərləri isə biznes forumda iştirak edəcək. Burada məqsəd təkcə texnologiyanı təqdim etmək deyil, həm də ehtiyaclar və həllər arasında qarşılıqlı əlaqə yaratmaqdır, deyə İsrail Kənd Təsərrüfatı Nazirliyində Xarici Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Yakov Poleq bildirib.