23 İyun 2024
İsrail 50 fələstinli məhbusu AZAD ETDİ

İsrail 50 fələstinli məhbusu AZAD ETDİ

11 İyun 2024
Baxış: 319

İsrail hökuməti dövlət həbsxanalarında saxlanılan 50 fələstinlini azad edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə "Al Mayadeen" telekanalı xəbər verib.

Bildirilir ki, məhbuslar Qəzza zolağının şimalındakı Beyt-Lahiya şəhərinin qərbində yerləşən "Zikim" keçid məntəqəsindən buraxılıblar.

Onların "Kamal Advan" xəstəxanasına köçürüldüyü qeyd edilib.