10 May 2024
“İslam dünyası İsrailin hücumlarına qarşı birləşməlidir” – Ərdoğan

“İslam dünyası İsrailin hücumlarına qarşı birləşməlidir” – Ərdoğan

07 Aprel 2023
Baxış: 403

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Türkiyə-İran münasibətləri və İsrailin Məscidül-Əqsaya hücumları da daxil olmaqla regional hadisələr müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı İsrailin Fələstində, xüsusilə də Məscidül-Əqsada artan qeyri-insani hücumlarına qarşı İslam dünyasının birləşməsinin vacibliyini vurğulayıb.
Yeni şiddət hallarının qarşısını almaq üçün sağlam düşüncənin üstünlük təşkil etməsi lazım olduğunu vurğulayan Prezident Ərdoğan bütün tərəfləri sağlam düşüncəyə yönəltmək üçün təşəbbüslər göstərməyin faydalı olacağını söyləyib.yeniavaz.com