26 Aprel 2024
İranın İsrailə qarşı təhdidi: vur-qaç dövrü bitdi

İranın İsrailə qarşı təhdidi: vur-qaç dövrü bitdi

23 Noyabr 2020
Baxış: 3295

İran İslam Respublikasının Suriyadakı "məşvərətçi" rolunu yatırmaq cəhdinə görə İsrailə sərt cavab verəcəkdir.

22 Noyabr Bazar günü belə bir açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat üçün həftəlik mətbuat konfransında çıxış edərkən bildirib.

"İsrailin hücumlarının dövrü sona çatdığını" eləcədə "Sionist rejim bu dövrün sona çatdığını yaxşı bilir, bu səbəbdən çox diqqətli olduqlarını" söyləyib.

İran Suriyaya silahlı qüvvələrinin varlığını inkar edir və ölkəyə "hərbi məsləhətçi" olaraq xüsusi təyinatlı qüvvələr göndərdiyini iddia edir.

"İranın Suriyadakı varlığı tamamilə məsləhət xarakterlidir və təbii ki, kimsə bu məşvərətçi varlığı pozarsa, cavabımız sarsıdıcı olacaq" deyə təhdid edib.

Beləliklə, Xatibzadə İsrailin Suriya ərazisindəki hədəflərə 18 noyabr gecəsi endirdiyi bir sıra zərbələrini şərh edib. Hücum, Qolandakı sərhəd yaxınlığında minaların tapılmasına cavab idi.

İsrail Müdafiə Qüvvələrinə görə əməliyyatda hərbi anbarlar, qərargahlar, rabitə məntəqələri və hava hücumundan müdafiə batareyaları məhv edilib. Hücumlar, Dəməşq Beynəlxalq Hava Limanında bir İran hərbi kompleksi və yüksək səviyyəli İran zabitlərinin yerləşdiyi bir hərbi düşərgə daxil olmaqla səkkiz hədəfə endirilib.