26 Aprel 2024
İranın Ermənistandakı səfiri sərhədimizə kimin fətvası ilə gəlib?

İranın Ermənistandakı səfiri sərhədimizə kimin fətvası ilə gəlib?

04 Avqust 2021
Baxış: 3638

İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

AJMEDİA.İNFO Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin ermənilərin səngərində dayanıb Azərbaycan ərazilərinə durbinlə baxması dost heesab olunacaq bir ölkənin diplomatının davranışı ilə uyğun deyil.

İndi ortaya sual çıxır: İran səfiri Azərbaycanla sərhədə kimin fətvası ilə gedib?

İran səfiri sərhədə kimin fətvası ilə gəlib? İran səfiri sərhədə kimin fətvası ilə gəlib?

(yenisabah.az)