27 Aprel 2024
İrandan Pəncşirin “Taliban”ın nəzarətə keçməsinə REAKSİYA

İrandan Pəncşirin “Taliban”ın nəzarətə keçməsinə REAKSİYA

06 Sentyabr 2021
Baxış: 888


İranın Xarici İşlər Nazirliyi Pəncşir vilayətinin “Taliban” tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərlərdən narahatdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Əfqanıstan liderlərinin ölümü çox böyük təəssüf doğurur. Biz həmçinin xarici müdaxilə versiyasını da nəzərdən keçiririk”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib.

İranlı diplomat tərəfləri dialoqa çağırıb.

Məlumat üçün qeyd edək ki, bu gün “Taliban”ın təmsilçisi Zabiulla Mücahid Pənçşirin ələ keçirildiyi barədə açıqlama ilə çıxış edib.

Lakin daha sonra müqavimət qüvvələri bu məlumatı təkzib edib. (“RİA Novosti”)