11 May 2024
İranda yol qəzası olub, 11 miqrant ölüb, 49-u yaralandı

İranda yol qəzası olub, 11 miqrant ölüb, 49-u yaralandı

11 Oktyabr 2021
Baxış: 491

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, hadisə Xaş və Sarvan yaşayış məntəqələri arasındakı avtomobil yolunda baş verib. İki avtomobil aşıb.

Məlumata görə, xəsarət alanlar və ölənlərin hamısı qanunsuz miqrantlardır. Onlar İranın mərkəzi əyalətinə getmək istəyirmişlər. Qeyd edək ki, bu əyalət Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.

Əfqanıstandan olan qaçqınları əsasən bu əyalətdən İrana keçirirlər.